16-18 may tarixlərində Bakıda 12-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Caspian Agro 2018 sərgisi keçirildi. Artıq ənənə halını almış Kənd Təsərrüfatı Sərgisi bu il həm iştirakçıların sayı, həm də əhatə dairəsi baxımından 15% artım nümayiş etdirərək, ən son kənd təsərrüfatı texnikalarının, habelə tərəvəzçilik, sənaye təyinatlı bağçılıq, üzümçülük, baytarlıq sahələrində müasir kənd təsərrüfatı texnologiyalarının ən böyük regional ekspozisiyası statusunu bir daha təsdiq etdi.
Dünyanın 28 ölkəsindən, 195 istehsalçı və distributoru bir araya toplayan sərgi kənd təsərrüfatı və avadanlıqlarının, o cümlədən, iri texnikaların nümayişinə imkan yaratdı. Bu ilki sərgidə Azərbaycan, Almaniya, İsrail, İspaniya, İtaliya, Belarus, Rusiya, ABŞ, Türkiyə və digər ölkələrin şirkətləri qlobal təcrübələri ilə, Gürcüstan, Niderland Krallığı və Çin Respublikası isə mill stendlərlə çıxış etdi.
Fəaliyyətinə 1895-ci ildə başlayan, sərginin mütəmadi iştirakçısına çevrilən və dünyanın 170-dən artıq ölkəsində təmsil olunan New Holland şirkəti bu sərgidə də geniş stendlə çıxış etdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev New Holland texnikaları ilə yaxından tanış olaraq, New Hollandın şirkətinin nümayəndələri Stuart Campbell və New Holland şirkətinin rəsmi distributoru Grand Motors MMC rəhbərliyi ilə görüşdü. Sərgidə geniş və rəngarəng stendlə çıxış edən New Holland Şirkəti müştərilərinə məhsuldarlıq, yüksək keyfiyyət, təhlükəsizlik vəd edir. New Holland şirkətinin sərgidə təqdim etdiyi T 8.350 seryali traktor və digər şum traktorları sərg iştirakçılarının marağına səbəb olmuşdur. Ölkə rəhbəri cənab prezident İlham Əliyev də qeyd edilən traktorla yaxından tanış oldu.
Daha sonra cənab İlham Əliyev digər dünyaca məşhur marka - Maschio Gaspardo şirkətinin stendinə yaxınlaşaraq müxtəlif növ traktor qoşquları ilə maraqlandı Burada çöp doğrayan, kotan və kultivatorlarla yaxından tanış oldu. Sərgidə 4-cü dəfə iştirak edən “Maschio Gaspardo” şirkəti torpaq və quruntun işlənilməsi, əkin aqreqatları, ot biçini və yığımı, gübrələrin verilməsi üçün nəzərdə tutulan kənd təsərrüfatı avadanlıqlarının istehsalı üzrə liderdir. Şirkət 10 iri istehsal mərkəzindən ibarətdir və dünyada bir sıra kommersiya filialları ilə təmsil olunur.