Ana səhifə » Maschio

Maschio-Gaspardo 1964-cü ildə Egidio və Giorgio Maschio qardaşları tərəfindən  yaradılan və  kənd təsərüffatı avadanlığı istehsal edən bir italyan şirkətidir. Şirkət hazırda fəaliyyət göstərdiyi sektorda dünya liderinə çevrilmişdir.

Şirkətlər qrupu olan Maschio-Gaspardo Maschio SpA, Gaspardo Seminatrici SpA, Terranova SpA və Grinta srl şirkətlərini özündə birləşdirir. İSO 9001:2000  beynəlxalq standartlarına cavab verən Maschio zavodu 100 000 kv.metr ərazidə yerləşir. Təşkil olunan biznesin bütün mərhələlərində beynəlxalq standartların  tələblərinə bütünlüklə riayət olunur.

Maschio-Gaspardo şirkətinin istehsal etdiyi kənd təsərrüfatı avadanlığından kotanları, otbiçənləri, dərmansəpənləri, gübrəsəpənləri və digərlərini göstərmək olar. Şirkətin 2004-cü ildə istehsal etdiyi avadanlıqların sayı  20 000 ədəddən çox olmuşdur. Bu göstərici öz növbəsində  şirkətin böyük istehsal gücünə malik olmasından xəbər verir.

Şirkət məhsullarını 1997-ci ilin əvvəlindən ixrac etməyə başlamışdır. Hazırda şirkətin istehsal etdiyi məhsullara dünyanın 52 ölkəsində rast gəlinir. Şirkətin Almaniya, Fransa, İspaniya, Türkiyə, İordaniya, Amerika Birləşmiş Ştatları və Kanadada filial və xidmət mərkəzləri fəaliyyət göstərir.

Maschio-Gaspardo şirkəti haqqında ətraflı məlumat almaq üçün aşağıdakı internet ünvanına daxil olunwww.maschionet.com

Partnyorlar
Openstat