New Holland Construction möhkəm təməl üzərində qurulan bir Avropa şirkətidir. O, özündə Fiat, Kobelco, O&K, New Holland Construction, Fiat Allis kimi şirkətlərin 235 illik ənənə və təcrübələrini birləşdirir. Şirkətin yaranma tarixi 1895-ci ildən, bir nəfərin emalatxanasından başlanır.
Şirkətin innovasiyalara böyük əhəmiyyət verməsi 2010-cu ilə kimi yüz faiz məhsul çeşidlərinin yeniləməsinə və daha geniş məhsul çeşidlərinin meydana gətirməsinə zəmin yaratmışdır.
New Holland Construction şirkəti öz məhsullarında müştərilərinə məhsuldarlıq, təhlükəsizlik və ətraf mühitin mühafizəsini vəd edir və bu vədlərinə sözsüz əməl edir. 1950-ci ilin əvvəlində isə şirkət ilk hidravlik ekskavatorlarını icad etmişdir.
Hazırda New Holland Fiat Group-a daxil olan bir şirkət olmaqla daha da böyük resurslara malikdir.
New Holland Construction hərəkət edən yüngül və ağır texnikalar istehsalı üzrə bir dünya lideridir. Şirkətin on üç adda istehsal etdiyi məsullardan ibarət ailəsi var. Bunlardan: mini ekskavator, greyder, tırtıllı ekskavator, təkərli ekskavator, frontal yükləyici, yükləyici ekskavator və buldozerləri göstərmək olar. Dünya üzrə 800-dən çox dilerləri olan şirkətin Azərbaycandakı təmsilçisi “Grand Motors” şirkətidir.
Şirkətin 2008-ci ildə dünya üzrə dövriyyəsinin 38%-i Avropa, 21%-i Şimali Amerika , 21% -i Latın Amerikası, 19%-i isə digər ölkələrin payına düşmüşdür.
New Holland şirkəti haqqında ətraflı məlumat almaq üçün bu internet ünvanına daxil olun: www.newholland.com