Yalnız Grand Motors MMC-dən alınan texnikalara motosaatla işləyənlərə 1000 motosaat və ya 1 il (satıldığı gündən etibarən), spidometrlə işləyən texnikalara isə 20000 km və ya 1 il (satıldığı gündən etibarən) zəmanət verilir. Göstərilən bu iki müddətdən (1000 motosaat, 20000 km və ya 1 il) hansı tez başa çatarsa, o da əsas sayılır.
Zəmanət texnikaların mühərrik, sürətlər qutusu, körpü və hidravlik sistemində istehsalçı tərəfindən buraxılmış qüsurlara verilir. Zəmanət müddəti ərzində istifadəsində olan texnikaya bütün növ texniki-təmir xidmətləri “Grand Motors” MMC-yə məxsus Servis Mərkəzində şirkətin mütəxəssisləri tərəfindən həyata keçirilməlidir. Zəmanət müddəti ərzində texniki qüsurların aradan qaldırılması üçün mobil xidmət heyətindən istifadə edildiyi halda, müştəri mobil xidmətin ödəniş tarifinin 50% - ni ödəməyi öz öhdəsinə götürür. Aşağıdakı xidmətlərə zəmanətin verilməsi aid edilmir:
• Texnikaların yağ dəyişməsi; |
• Mobil xidmət; |
• Zəhmət haqqı; |
• Ehtiyat hissələri; |
Zəmanət hüququ hər iki tərəf zəmanət müqaviləsini imzaladığı gündən etibarən qüvvəyə minir. Müqavilənin müddəti hər texnikanın zəmanət xidmətinin müddətinə uyğun olaraq, zəmanət müddətinin bitdiyi günə qədər etibarlı sayılır.