Ana səhifə » New Holland Agriculture

New Holland Agriculture möhkəm təməl üzərində qurulan bir Avropa şirkətidir. Özündə 235 illik ənənəni yaşadan bu şirkətin yaranma tarixi 1895-ci ildən, bir nəfərin emalatxanasından başlayır. 

1903-cu il - Zimmerman New Holland Machine Company şirkətini təsis edir. Bu şirkət ixtisaslaşdırılmış kənd təsərrüfatı texnikalarının istehsalı ilə məşğul olurdu.

1909-cu il - Leon Kleys və belçikalı mexanik Zedelgem şəhərində zavod inşa edir.

1918-cı il - Fiat şirkəti Model 702 traktoru buraxaraq, onun kütləvi istehsalına başlayır. Bu, ilk italyan traktoru olur.

1939-cu il- N traktor seriyası istehsalata buraxılır və bu, dünya tarixində ən uğurlu traktorlardan biri  olur.

1947-ci il - Şirkət adını dəyişərək, Sperry New Holland adlandırır.

1960-cı il - Claeys Avropanın ən böyük kombayn zavodu olur.

1964-cü il - Sperry New Holland Claeys-dən böyük hissəni alır.

1974-cü il - Sperry New Holland  ilk dəfə iki rotorlu kombayn istehsal edir.

1986-cı il -  Ford Sperry New Hollandı almaqla Ford New Holland inc. şirkətini yaradır.

1991-ci il -  Fiat şirkəti yenidən Ford New Holland inc. şirkətini almaqla onu New Holland adlandırır.

1994-cü il - Fiat Groupun tərkibində CNH, Case Corporation, New Holland birləşdirilir. Hazırda şirkət innovasiyalara böyük əhəmiyyət verməklə, daha geniş məhsul çeşidlərinin meydana gəlməsi istiqamətində mühüm işlər görməkdədir. Onun istehsal etdiyi traktor, kombayn, üzümyığan kombayn və sair texnikalar dünya bazarlarında uğurla satılmaqdadır.

New Holland Agriculture öz məhsullarında müştərilərə məhsuldarlıq, təhlükəsizlik və ətraf mühitin mühafizəsini vəd edir.

New Holland Agriculture şirkəti haqqında ətraflı məlumat üçün bu internet ünvanına daxil olun: www.newholland.com

Partnyorlar
Openstat