Ana səhifə » D'avino

D’Avino şirkəti  1950 ci ildə Paskual Davino  tərəfindən təsis edilmişdir. Yaradılan şirkətin əsas fəaliyyəti hərbi texnikaların və kabel ekskavatorlarının bərpa edilməsi və formasının dəyişdirilməsindən idarət idi. 1950 ci ilin sonlarına kimi şirkətin fəaliyyəti dəyişməz olaraq qalmışdır. Lakin sonralar şirkətin fəaliyyətinə daş karxanalarında istifadə olunan daş doğrayan, daş kəsən avadanlıqların istehsalı və montaj edilməsi də əlavə olundu.  Artıq 1960 cı illərdə şirkətin müştərilər siyahısında betonqarışdırma avadanlıqlarının alıcıları artmaqda idi ki, bu da şirkətin yeni istiqamətdə özünü sınamasına səbəb oldu. Beləliklə Davino əsasən karyerlərdə istifadə olunan avadanlıq istehsalçıları ilə əlaqələr quraraq bu texnikaların istehsalı və satışı ilə məşğul olmağa başlayır. Fəaliyyət göstərdiyi 25 il ərzində Davino İtaliya ərazisində əhəmiyyətli şirkətlərdən biri olaraq qalmaqdadır. Keçən dövr ərzində dünyada tanınmış brendlərin adları Davino adı ilə eyni çəkilir ki, buna misal olaraq xüsusi ilə “MELROE Bobсat” şirkətini göstərmək olar. Adı çəkilən şirkət 1975 ci ildən bu günə kimi Davino ilə əməkdaşlıq etməkdədir.

 D’Avino şirkəti haqqında ətraflı məlumat almaq üçün bu internet ünvanına daxil olun: www.davinomixer.it

Partnyorlar
Openstat