Ana səhifə » Foton

FOTON LOVOL müasir geniş Çeşidli maşın və avadanlığın istehsalı ilə məşğul olan bir Çin şirkətidir. Şirkətin əsas fəaliyyət istiqaməti tikinti texnikaları, kənd təsərrüfatı avadanlığı və nəqliyyat vasitələrinin istehsalıdır. Foton Lovol şirkətinin aktivləri 1 milyard USD təşkil edir. Şirkətin 1,71 milyard USD təşkil edən 2008-ci ildəki dövriyyəsi ildən-ilə təqribən 24,7% artmaqdadır.

Şirkət Çinin əsas mükafatlarına layiq görülmüşdür. Buna misal kimi, “Çinin Əsas və Yüksək Texnologiyalı Şirkəti” mükafatını göstərmək olar. Bu baxımdan, şirkətin istehsal etdiyi texnikalar xarici ölkələrdə “Çinin TOP Brendi” adı altında satılan məhsulların sırasındadır.  İstehsal etdiyi kənd təsərrüfatı texnikalarına görə, şirkət Çinin  “1N-li Kənd Təsərrüfatı Texnikası İstehsalÇısı” adına layiq görülmüşdür. Demək olar ki, şirkətin istehsal etdiyi kombaynların satışı uzun zaman Çin kombayn bazarının 70%-ni təşkil etmişdir.

Dünyada gedən qloballaşma prosesi ilə bağlı olaraq, Foton Lovol şirkəti istehsalatı  beynəlxalq standartlara uyğunlaşdırmış və İSO 9001 keyfiyyət sertifikatını almışdır. Şirkət dünyanın 120 ölkəsində məhsullarını uğurla satmaqdadır.

FOTON LOVOL şirkəti haqqında ətraflı məlumat almaq üÇün bu internet ünvanına daxil olun: www.fotonlovol.com

Partnyorlar
Openstat