1946-cı ildə Şimali Fransada üzümçü Vinsent Ballu üzümçülük üçün traktor icad etmişdir. 1952-ci o, öz şəxsi şirkətini yaratdı: Tecnoma. Onun oğlu mühəndis Patrik, atasının işini müvəffəqiyyətlə idarə edirdi və 1987-ci ildə Berthoud ilə birgə EXEL Group’u yaratdı.
Danimarkalı sahibkar Hardi ilə birlikdə qrup beynəlxalq səviyyəyə çatdı. Hal-hazırda Ballunun nəvəsi Qerrik Ballu, Holmerin 2013-cü ildə qatıldığı EXEL Group’da icraçı direktor vəzifəsində çalışır.
Ballu ailəsinin istiqaməti bəllidir: müstəqil şirkətlər federasiyası olaraq, qrupun uzunmüddətli uğuru və gələcəyin böyük perspektivi müxtəlif sahələrdəki dayaqlara bağlıdır. HOLMER, onun ən böyük şirkətlərindən biri olaraq qrupun müvəffəqiyyəti üçün böyük əhəmiyyət daşıyır.
HOLMER Maschinenbau GmbH’nın qərargahı Regensburg yaxınlığında Eggmühldə yerləşir. Biz dünya bazarında özü yeriyən şəkər çuğunduru yığan texnikanın istehsalında liderik. Fransada, Polşada, Çexiyada, Ukraynada, Türkiyədə və ABŞ-da yerləşən törəmə şirkətlər, həmçinin Çində yerləşən nümayəndəlik də daxil olmaqla, HOLMER komandası 400 nəfərdən ibarətdir.Orta ölçülü bir maşınqayırma şirkəti olaraq, kənd təsərrüfatı texnikasının inkişafı, istehsalı, satışı və satış sonrası xidməti ilə məşğuluq.
1969-cu ildə qurulan HOLMER Maschinenbau GmbH, 1974-cü ildə ilk olaraq özüyeriyən altı sıralı şəkər çuğunduru toplama qurğusunu istehsal etdi. O vaxtdan etibarən, HOLMER texnikaları dünya miqyasında 40-dan çox ölkədə müştərilərlə uğurla fəaliyyət göstərir.
Artıq Eggmühl sexlərindən 3500 şəkər çuğunduru toplayan kombayn çıxıb və Terra Dos T4 modeli "2014-cü ilin maşını" seçilmişdir. Şəkər çuğunduru toplayıcısı Terra Felis 2 ilə, HOLMER, şəkər çuğunduru yığma və yükləmə texnologiyası sektorunda tam çeşidli bir provayder kimi özünü tanıdıb. Bundan başqa, Terra Variant maye gübrələrin birbaşa inteqrasiyası sahəsində dünyada ən güclü vasitə olaraq yeni standartlar təyin edib.
HOLMER Maschinenbau GmbHHome şirkəti haqqında ətraflı məlumat almaq üçün bu internet ünvanına daxil olun: https://www.holmer-maschinenbau.com/start.html