Müştərilərə yüksək səviyyəli texniki xidmət göstərilməsi məqsədi ilə “Grand Motors” şirkəti tərəfindən “Texniki Servis Mərkəzi” istifadəyə verilib. Texniki servis mərkəzində texnikalara texniki xidmət 3 şöbə (yük avtomobilləri, tikinti texnikası və kənd təsərrüfatı texnikaları şöbəsi) tərəfindən həyata keçirilir. Eyni zamanda, mərkəzdə səyyar texniki xidmətin göstərilməsi məqsədi ilə mobil qruplar yaradılıb. Texnikalara mobil xidmət göstərildikdə, zəmanətdə olan texnikalara yol xərci 50%, zəmanət çərçivəsində olmayan texnikalara isə yol haqqı 100% hesablanır. “Texniki Servis Mərkəzi”-nə asanlıqla gətirildiyi üçün, adətən, yük avtomobillərinə stasionar servis göstərilir.
Səyyar xidmət isə kənd təsərrüfatı və tikinti texnikalarına göstərilir. Lakin bəzi problemlərin həlli sahədə mümkün olmadıqda, həmin texnikalar da servis mərkəzinə gətirilir.
Servis mərkəzində “Qaynar xətt” də fəaliyyət göstərir:
“Qaynar xətt” : | (050) 235 5779 |
(012) 4477495 | |
(012) 975 |