Ana səhifə » Caspian Agro 2017

   17-19 May 2017-ci il tarixlərində Bakı Expo Mərkəzində CaspianAgro 2017 sərgisi təşkil edilmişdir. Sərgidə Maschio Gaspardo SpA şirkətin regional satış üzrə meneceri Svetlano Mikolenko Daily News jurnalına müsahibə vermişdir:

  Maschio Gaspardo – torpağın işlənməsi, əkin, yaşılığa baxım, gübrələnmə və ot biçiminin istifadəsində nəzərdə tutulan kənd təsərrüfatı avadanlıqlarının istehsalında lider olan, transmilli bir qrupdur. Biz artıq 3-cü dəfədir ki, CaspianAgro sərgisində iştirak edirik. Bu il həmçinin sərginin qeydiyyat sponsoru kimi çıxış etməyə çox şadıq. Maschio Gaspardo şirkətinin Azərbaycanda rəsmi nümayəndəsi Grand Motors MMC-dir.


   Şirkətlər qrupu, bazarda 2 güclü - Maschio və Gaspardo brendləri ilə təmsil olunur və geniş çeşidlərdə frezlər, fırlanan dırmıqlar, otbiçən maşın, toxumsəpən, kombinəedilmiş toxumsəpən, torpağın işlənməsi üçün maşın, çiləyici və ot presləyən avadanlıqların istesalı ilə məşuldur. Hal-hazırda bizim stend bu kimi yenilikləri təqdim edir: 30 sm dərinliyə torpaq becərən qoşqulu aqreqat – Dracula 400; kombinə edilmiş ot presləyən Duetto 125CUT, pambıq sahələrinin dərmanlanması üçün çiləyici Turbo.


   CaspianAgro 2017 sərgisi yerli bazarın bütün potensialını özündə əks etdirir və biz, iştirakçılar Azərbaycanı böyük imkanları olan bir ölkə kimi nəzərdən keçiririk.


Svetlana Mikolenko
Maschio Gaspardo şirkətinin regional satış üzrə meneceri.

 

Partnyorlar
Openstat