Ana səhifə » Caspian Agro 2016

19 may tarixində Bakı Ekspo Mərkəzində kənd təsərrüfatı və qida məhsulları istehsalçılarının irimiqyaslı regional forumu – 10-cu Yubiley Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “CaspianAgro 2016” sərgisi start götürdü. Bu il öz 10 illik yubileyini qeyd edən “CaspianAgro 2016” sərgisi keçirildiyi illər ərzində mütəxəssislərin illik görüş yeri olmaqla yanaşı, kənd təsərrüfatı üzrə texnika və avadanlıqların, eləcə də məhsul və xidmətlərin nümayişi baxımından da etibarlı platforma olduğunu bir daha sübut etmişdir.

CaspianAgro 2016 sərgisinin qeydiyyat işləri üçün rəsmi sponsoru olan Azərbaycan şirkəti Grand Motors öz fəaliyyətinə 2005-ci ildə başlamışdır. Grand Motors şirkəti sərginin daimi iştirakçılarından biridir və bu dəfə də o, öz stendində bir sıra yeniliklər təqdim edir. Şirkətin iştirakı ilə əlaqədar daha ətraflı Grand Motors-un sədr müavini Mehdi Xalıqov danışdı.

– Grand Motors şirkəti CaspianAgro sərgisinin davamlı iştirakçısıdır, o cümlədən uzun müddətdir ki, sərginin qeydiyyat sponsoru kimi çıxış edir. Belə davamlı iştirak nə məqsəd daşıyır və hansı nəticələri əldə edə bilmisiniz?

– Şirkətimiz CaspianAgro-da davamlı iştirakı təsadüfi deyil. Bu yalnız sərginin uğurlu nəticələri ilə izah olunmur, yalnız reklam və marketinq siyasətindən asılı deyil və təşkilatçılarla əməkdaşlığın və qarşılıqlı münasibətlərin stabilliyini sübut edir. Öz peşəkar səhəmizdə yeniliklər barəsində daim məlumatlı olmağa çalışırıq. Bunun üçün xarici əməkdaşlarımızla sıx münasibət saxlayırıq, mütəxəssisləri təlimlərə göndərəririk və mütləq CaspianAgroda iştirak edirik. Bizim məqsədimiz aparıcı xarici təcrübəni Azərbaycan bazarına gətirməkdir ki, sözü gedən sərgi bunun üçün çox əlverişlidir. Hal-hazırda sponsorluq şirkətin avtoritetini möhkəmlətmək üçün alət və bu beynəlxalq tədbirə olan sonsuz hörmətimizi göstərmək üçün şərəfli missiyadır.

– Qonaqların kən təsərrüfatı avadanlıqları istesalçılarının texnikalarına və brend layihələrə marağı nə qədər çoxdur?

– Hər il sərgi aqrar sənaynenin aparıcı oyunçularının təcrübəsi ilə zənginləşərək dünyanın müxtəlif ölkələrindən yeni iştirakçıları cəlb edir. Belə yüksək maraq qonaqların sayında özünü göstərir. Grand Motors şirkətinin stendi daima çoxlu sayda mütəxəssisləri və sahibkarları özünə cəlb edir. Bu sərgidə ölkəmiz üçün yeni olan çoxlu sayda brendləri təqdim edirik, hansıların ki Azərbaycanda distrubutoru özümüzük. Bunların içində pambıqyığan kombayn də kənd təsərrüfatı texnikaları istehsal edən italyan istehsalçı “CASE IH Agriculture”, kombayn və müxtəlif kənd təsərrüfatı texnikaları istehsal edən rus istehsalçı – “Rostselmash” və “Kleve”r şirkətləri yer alır. Həmçinin, İtaliyada torpağın becərilməsi üçün kənd təsərrüfatı texnikalarının istehsalıında lider olan “Maschio Gaspardo”, irriqasiya maşınlarının istehsalında lider olan amerikan istehsalçı “Reinke”, çiləyici və nasos aqreqatları üzrə ixtisaslaşmış italyan “İrrimec” kimi şirkətləri qeyd etmək istərdim. Bir sözlə kənd təsəsrrüfatı ilə məşğul insanlar üçün bura çox maraqlı ola bilər.

– Aqrotexnika idxal sferasında xarici əməkdaşlıq təcrübəsi sizin üçün mühümdürmü?
 Azərbaycanda kənd təsərrüfatı sferasının inkişafı üçün aqrotexnika idxalının önəmini qiymətləndirmək asan deyil. Ən yaxşı xarici aqrar texnikaların idxalı ilə, bizim şirkətimiz kimi digər şirkətləri fermerləri əl əməyindən istifadədən azad edir ki, bu da nəticədə istehsalın inkişafı və əlverişli məhsulun əldə edilməsi üçün müasir avadanlıqlardan istifadəyə şərait yaradır. Biz Azərbaycanda kənd təsərrüfatının inkişafına töhfəmizi verməyə şadıq və bu prinsipi davam etdirəcəyik. Bunların hamısı, sözsüz, aqrar sferanın iqtisadi siyasətində müsbət rol oynayır. “Kənd təsərrüfatı ili” adlandırırlan ötən ildə, xüsusən bazarın iştirakçılarına dəstək məqsədi ilə investisiyalar edilmişdir.

– İxtisaslaşmış sərginn sizin şirkətin inkişafında və ümumi olaraq Azərbaycanın qida və kənd təsərrüfatı sənayəsində nə kimi rolu vardır?
 Birmənalı olaraq CaspianAgro-nun ölkəmizə böyük faydası vardır. CaspianAgro Azərbaycan yerli bazarının imkanlarının xarici qoqnalara və iştirakçılara tədqim edir. Onu da qeyd etmık lazımdır ki, bu tip beynəlxalq tədbirlərin keçirilməsində bütün tərəflər maraqlıdırlar. Son nəticədə iştirakçılar konstruktiv dialoqların, dəyirmi masalar zamanı əməkdaşlarla çoxsaylı görüşlərin, stendlərdəki təqdimatların və seminarların effektivliyini qiymətləndirə bilirlər. Bununla da inkişaf etmişk ölkələrin kənd təsərüfatındakı təcrübəsi öyrənilir və yerli bazara tətbiq olunur.

Partnyorlar
Openstat