Ana səhifə » Cifa

CIFA  tikinti maşınları və avadanlığı sahəsində aparıcı şirkətlərdən biridir. Tikinti-beton sahəsinə aid konkret avadanlıqların hazırlanması şirkətin əsas fəaliyyət istiqamətini təşkil edir. CİFA-nın başlıca üstünlüyü şirkətin məhsullarının UNİ EN İ SO 9001:2000 keyfiyyət standartlarına tam cavab verməsidir.

Əsası 1928-ci ilin 7 iyulunda qoyulan şirkəti Karlo Ausenda təsis edib. Onun başlıca  məqsədi radioötürücü antena və betonlama qəliblərinin dizayn edilərək hazırlanması olub.

1947-1950 - ci illərdə dambalar və elektrik qurğularının inşası  üçün yaranan tələbatı CİFA bütünlüklə ödəyib və 1958-ci ildə ilk beton qarışdıran zavod yaradılıb. Çox keçmədən, 1960- cı ildən ilk quraşdırılmış nasosların (pompalar)  istehsalına başlanıb. Artıq 1965-ci ildən ilk betonqarışdırıcı qatarlar istehsal edilərək, istifadəyə buraxılıb. MAGNUM – ilk qarışdırıcı pompa isə 1975-1977- ci illərdə dizayn edilərək, istehsal olunmağa başlanıb.

CİFA-nın innovasiyalara əsaslanması uğurlarının əsas səbəbidir və bu da onu tikinti, nəqliyyat sektorunda novator şirkətə çevirib.  

CİFA şirkəti ilə daha ətraflı tanışlıq üçün aşağıdakı internet ünvanına daxil olun: www.cifa.com

Partnyorlar
Openstat