Ana səhifə » Case IH

CASE İH şirkəti kənd təsərrüfatı texnikaları istehsalı üzrə dünyada lideridir. O qədim tarixə, ənənələrə və biliklərə malik olan bir şirkətdir. Şirkətin təşəkkül tapmasında 1831 ci illərdə mexaniki ot biçən maşının kəşfinin böyük təsiri olmuşdur. Məhz həmin dövrdə Cyrus Hall McCormick tərəfindən  ilk mexaniki ot biçən maşın icad edilmişdir. Cyrus Hall McCormick tərəfindən nümayiş etdirilən mexaniki ot biçən maşın bir günə 10 akra yeri biçə bilirdi. Yəni icad olunan maşın bir gündə beş adamın işini görə bilirdi. Beləliklə, 1842-1863 - cü illərdə  J.İ Case şirkəti yaradılır.

Sonralar şirkətdə buxarla işləyən ilk traktorlar istehsal edilməyə başlandı. Artıq 1886 ci ildə şirkət  buxar mühərriklərinin istehsalı üzrə dünyada liderə çevrilmişdir. 1911 ci ildə isə şirkət  ilk qazla işləyən traktor istehsal etməyə başladı. 1943 - cü ildə şirkət “OLD RED” adı ilə ilk pambıq yığan kombaynını traktor bazası üzərində istehsal etməyə başladı.

Zaman keçdikcə şirkət yeniləşir, dəyişir, inkişaf edirdi. Bu özünü məhsulların çeşidlərində, şirkətin kapital tutumunda göstərməyə başlamışdır. Şirkət 1997 ci ildə 40 000 - ci “Steiger“ traktorunu istehsal etmişdir. 2008-ci ildə isə şirkət istehsal etdiyi “Farmal” traktorlarının 85 illik yubileyini qeyd etmişdir. Bu gün şirkətin istehsal etdiyi traktorlar, kombaynlar, pres bağlayanlar dövrün innovativ texnologiyalarını özündə birləşdirir. CASE İH şirkəti dünyanın hər yerində olan müştərilərinə böyük həcmli məhsulların ixrac edilməsi ilə bu gün də xidmət göstərməkdədir. Şirkətin istehsal etdiyi geniş çeşidli müasir tələblərə cavab verən keyfiyyətli məhsullar onu dünyada yüksək keyfiyyətli istehsal qabiliyyətinin bayraqdarına çevirmişdir.

CASE IH şirkəti haqqında ətraflı məlumat almaq üçün bu internet ünvanına daxil olun: www.caseih.com

Partnyorlar
Openstat