Ana səhifə » SHANTUİ şirkəti 4 cü Beynəlxalq Diler Konfransını keçirdi

2012 ci iliin yanvar ayında Çinin ən iri tikinti texnikaları istehsalçılarından biri olan SHANTUİ şirkəti 4 cü Beynəlxalq Diler Konfransını keçirdi. Konfransda SHANTUİ şirkətinin bütün dünya üzrə fəalliyyət göstərən rəsmi dilerləri iştirak ediridi.Tədbir iştiakçıları arasında SHANTUİ şirkətinin Azərbaycanda rəsmi dileri olan Grand Motors şirkətinin nümayəndələri də vardı.

Konfransda SHANTUİ şirkətinin 2011 ci ildə əldə etdiyi uğurlardan danışıldı, keçən ilin yekunları barədə şirkət rəhbərləri tərəfindən çıxışlar oldu, şirkətin Afrika qitəsindən yeni açılan nümayəndəliklərinin təqdimatı keçirildi. Qeyd edildi ki, keçən ilin yekunlarına görə SHANTUİ şirkəti buldozer satışına görə Dünya üzrə lider şirkət olmuşdur. Şirkətin yeni nailiyyətlərindən digəri isə Vuhan şəhərində yeni açılan zavod olmuşdur. Belə ki, SHANTUİ mikserlər, beton pompaları və mobil beton zavodu istehsal etmək qabiliyyətinə malik yeni zavodun təqdimatını konfransda və dilerlər üçün təşkil edilimiş zavod daxilində xüsusi səfər də həyata keçirdi. Konfransda eyni zamanda Grand Motors şirkətinin peşəkar və etibarlı partnyor olduğu xüsusi qeyd edildi.

Konfransın yekunu olaraq qeyd etmək olar ki, SHANTUİ beynəlxalq brendə çevrilməklə dünya bazarlarında layiqli yerini tutmaqdadır.Yerli etibarlı dileriləri vasitəsi ilə yüksək səviyyədə xidmət təqdim etməkdədir.



 

Partnyorlar
Openstat