Ana səhifə » Caspian Agro 2015

CaspianAgro 2015 sərgisinin qeydiyyat işləri üçün rəsmi sponsoru olan Azərbaycan şirkəti Grand Motors öz fəaliyyətinə 2005-ci ildə başlamışdır. Grand Motors şirkəti sərginin daimi iştirakçılarından biridir və bu dəfə də o, öz stendində bir sıra yeniliklər təqdim edir.

 

Şirkətin iştirakı ilə əlaqədar daha ətraflı Grand Motors-un sədr müavini Mehdi Xalıqov danışdı.
 
- Cənab Xalıqov, bu il sərgidə sizin şirkət hansı yenilikləri və ümumiyyətlə hansı məhsulları təklif edir?
 
- CaspianAgro 2015 sərgisində biz bir neçə brendin məhsulunu təqdim edirik, ki bunlardan biri də suvarma maşınlarının istehsalı və satışı sahəsində lider olan amerika şirkəti Reinke-dir. Zootexniki sahə üçün yempaylayan maşınların istehsalı və satışı üzrə ixtisaslaşmış Faresin şirkəti ziyarətçilərə Leader Magnum Double 2200 yempaylayanın yeni modelini təqdim edir.
Həmçinin əkinçilikdə dəqiq işi təmin edən və evdən çıxmadan bütün prosesləri izləməyə imkan verən, PLM Systems (Precision Land Management) proqram təminatı ilə təchiz olunmuş aparatları təqdim edən New Holland şirkətinin də adını çəkmək istərdim. Bunlar bizim stenddə təqdim olunan və kənd təsərrüfatı peşəkarlarının diqqətini cəlb edə biləcək yeniliklərin sadəcə kiçik bir hissəsidir. 
 
- Siz CaspianAgro-da artıq bir neçə dəfə iştirak etmisiniz. Grand Motors şirkətinin inkişafında və ümumiyyətlə Azərbaycanın qida və kənd təsərrüfatı sənayesində ixtisaslaşmış sərgilərin rolu haqqında nə deyə bilərsiniz?
 
- Artıq üçüncü dəfədir ki, biz CaspianAgro sərgisində iştirak edirik. Bundan başqa, Grand Motors şirkəti İteca Caspian tərəfindən təşkil olunan Beynəlxalq Tikinti Sərgisi, BakuBuild sərgilərində də dəfələrlə iştirak edib.
Ölkəmizin aqrar potensialı hələ tam açılmayıb və Azərbaycanın iqlim və resurs imkanlarını nəzərə alsaq, bu potensial çox böyükdür. Ölkə rəhbərliyi kənd təsərrüfatı sektorunun inkişafına xüsusi diqqət ayırır. Xarici şirkətlər də öz növbəsində, Azərbaycanı çox böyük imkanları olan bir bazar kimi qiymətləndirirlər. Bu səbəbdən də ölkədə bütün tərəflərin maraqlı olduğu beynəlxalq sərgilərin keçirilməsinə ehtiyac var.
 
- Bu il sizin şirkətiniz CaspianAgro sərgisinin sponsorudur. Belə məsuliyyətli qərara gəlməyinizin səbəbi nədir?
 
- Azərbaycan Respublikasının prezidenti İlham Əliyev 2015-ci ili Kənd Təsərrüfatı ili elan edib, hökumət rəhbərliyi isə bazarın bu sektoru ilə məşgul olan şəxslərə tam güzəşt paketlərinin verilməsi ilə bağlı qərar qəbul edib. Faktiki olaraq, aqrar sahədə fəaliyyət göstərən şəxslər vergidən azad olunub. Həmçinin, dövlətimiz yanacaq xərclərinin yarısını da öz öhdəsinə götürüb, güzəştli kreditlərin verilməsini  təmin edib və s. Bütün bunlar cəlbedici investisiya mühiti yaradır ki, nəticədə biz müxtəlif pərakəndə satış şəbəkələrinin rəflərində yerli fermerlərin məhsullarını görə bilərik. 
Bizim şirkətimiz inkişaf etmiş ölkələrin kənd təsərrüfatı sahəsindəki təcrübələrini diqqətlə öyrənir və bu bilikləri yerli bazardakı fəaliyyətində tətbiq edir. Bununla da biz bu sahədə dünya lideri olan şirkətlərin yerli bazara yol açmağına şərait yaradırıq.  Regionda vacib aqrosənaye sammitlərindən biri hesab olunan CaspianAgro isə şübhəsiz ki, konstruktiv dialoqlara və peşəkar tərəfdaşlığın formalaşmasına imkan yaradır. Biz bu sərginin sponsorluğunu öhdəmizə götürdüyümüz və Azərbaycanın kənd təsərrüfatının inkişafına kömək etdiyimiz üçün fəxr edirik, bundan sonra da bu prinsipi davam etdirəcəyik.
 
Partnyorlar
Openstat